Asim Mollazadə: “Gürcüstan Azərbaycan üçün yaxın müttəfiqlərdən biridir” AÇIQLAMA
"Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə rəsmi səfəri münasibətlərimizin inkişafını bütün dünyaya nümayiş etdirdi və ölkəmizin strateji əməkdaşlığı, qardaşlığı, müttəfiqliyi qardaş ölkənin diqqətə bir daha çatdırıldı". Bunu SİA-ya millət vəkili Asim Mollazadə Bakı-Tblisi-Qars dəmir yolu xəttinin istifadəyə verildikdən sonra Azərbaycan-Türkiyə arasında yaranacaq yeni əməkdaşlığa münasibət bildirərkən deyib.
Parlament üzvünün sözlərinə görə, bu gün Azərbaycan və Türkiyə strateji "İpək yolu" layihəsini həyata keçirir: "Burada nəqliyyat, ticarət, enerji, eləcə də hər bir türk dövlətinin mədəniyyətinin inkişafı modeli xüsusi əhəmiyyətə malikdir. Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi də elə əslində "İpək yolu"nun iqtisadi və nəqliyyat sistemlərini tənzimləyən bir prosesdir. Bu layihənin önəmi isə bu yaxınlarda Türkiyədə Marmaray tunelinin açılışı zamanı bir daha vurğulanıb. Burada söhbət tək Azərbaycanla Türkiyə arasında nəqliyyat, ticari dövriyyədən getmir, eləcə də Şərqlə Qərbi birləşdirən bir sistem formalaşıb. Təbii ki, bu layihə işə başlayandan sonra Avropa ilə Asiya arasında ticari dövriyyə və nəqliyyat "İpək yolu" sistemi ilə tənzimlənəcək".
Asim Mollazadə Gürcüstanın yeni prezidenti Georgi Marqvelaşvilinin Tbilisidə andiçmə mərasimindən sonra fəaliyyətə başladığı illərdə Azərbaycanla və Türkiyə ilə münasibətlərinə də toxunaraq deyib ki, Gürcüstanın Azərbaycan və Türkiyə ilə münasibətləri bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcək: "Çünki Gürcüstan dövləti Azərbaycan üçün çox yaxın müttəfiqlərdən biridir. İki dövlət arasında çox müsbət iqtisadi münasibətlər mövcuddur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB