Politoloq: “Dağlıq Qarabağın taleyi demək olar ki, bəlli olacaq” MÜNASİBƏT

Bişkek sazişinin yenidən gündəmə gəlməsinə inanmıram
Politoloq: “Dağlıq Qarabağın taleyi demək olar ki, bəlli olacaq” MÜNASİBƏT

"İnanmıram ki, Azərbaycan Ermənistan arasında imzalanan Bişkek sazişinin yenidən imzalanması, vaxtının artırılması məsələsi gündəmə gəlsin". Bu sözləri SİA-ya politoloq Mübariz Əhmədoğlu Azərbaycanla Ermənistan arasında imzalanan Bişkek sazişinin müddətinin gələn il bitməsi ilə bağlı danışarkən deyib.

Onun sözlərinə görə, yaxın müddətdə Dağlıq Qarabağın taleyi məlum olacaq: "İstəyir bu gün, istəyirsə də bir ildən sonra Azərbaycanın Dağlıq Qarabağla bağlı mövqeyində heç bir dəyişiklik olmayacaq. Mən əminəm ki, yaxın bir il ərzində Dağlıq Qarabağla bağlı bilgilər əldə ediləcək. Bu müddət ərzində onun taleyi demək olar ki, bəlli olacaq. Bişkek protokolunun hazırlanmasında parlamentarilər iştirak edirdi. Tarix, gedən proseslər onu göstərir ki, Ermənistanın parlament diplomatiyası geriləyir. Əgər iki ölkənin xarici işlər nazirləri Dağlıq Qarabağ münaqişəsi məsələsində ciddi dəyişiklik edə bilmirsə, o zaman deputatlar heç cür dəyişiklik edə bilməz. Bu baxımdan da inanmıram ki, Bişkek razılaşmasının yenidən imzalanması, vaxtının artırılması məsələsi gündəmə gəlsin".

Bütün xəbərlər Facebook səhifəmizdə