"17 noyabr dövlətimiz və xalqımız tərəfindən Milli Dirçəliş Günü kimi qeyd edilir. Bu şərəfli gün hər birimiz üçün əvəzedilməzdir". Bu fikirləri SİA-ya açıqlamasında YAP Siyasi Şurasının üzvü, partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov söyləyib.
A.Hüseynov bildirib ki, müstəqil Azərbaycanın dövlət səviyyəsində qeyd etdiyi bayramlar içərisində Milli Dirçəliş günü xüsusi yer tutur: "Bu bayram münasibətilə hər kəsi təbrik edir və xalqımıza, ölkəmizə hər zaman firavanlıq, müstəqilik arzulayıram".
YAP Qaradağ rayon təşkilatının sədri həmçinin bildirib ki, məhz tarixin bu günü - 1990-cı il noyabrın 17-də Azərbaycan bayrağı Ümummilli lider Heydər Əliyevin rəhbərliyilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarı rəsmi dövlət bayrağı kimi qəbul edilib: "Ulu Öndərin rəhbərliyi ilə düz 70 il sonra Azərbaycan bayrağı dalğalandı. Bu hər birimiz üçün qürurdur, şərəfdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB