Vüqar Rəhimzadə: “KİV-lərin müasirləşməsi və inkişafı istiqamətində mühüm uğurlar qazanılmaqdadır”.
"Bəzi mətbuat orqanları var ki, peşə qaydalarını pozmaqla, insanların şəxsi həyatına müdaxilə etməklə, reketçiliklə məşğul olurlar. Bu kimi mətbu orqanların ümumiyyətlə, nəşrlərini dayandırmaq lazımdır". Bu fikirləri SİA-ya açıqlamasında YAP Siyasi Şurasının üzvü, "İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.
Onun sözlərinə görə, bu gün qanunlar çərçivəsində fəaliyyət göstərməyən mətbuat orqanları ilə yanaşı Azərbaycanın ictimai-siyasi həyatında kifayət qədər böyük nüfuza malik mətbuat orqanları da var: "Hesab edirəm ki, mətbuatımıza kölgə salmaq istəyənlərə öz dəsti xəttimizlə, öz işlərimizlə cavab verməliyik. Hazırda Azərbaycanda yüzlərlə mətbuat orqanı, informasiya agentliyi, televiziya və radio kanalları, sürətlə inkişaf edən internet şəbəkəsi vətəndaş cəmiyyəti quruculuğunun fəal iştirakçısına çevrilərək, cəmiyyətimizin informasiyaya olan ehtiyacının ödənilməsində əhəmiyyətli rol oynayır. KİV-lərin müasirləşməsi və inkişafı istiqamətində mühüm uğurlar qazanılmaqdadır".
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB