Təmraz Tağıyev: “Bu, müxalifətin ağılsız və məntiqsiz iddialarından biridir”

Təmraz Tağıyev: “Bu, müxalifətin ağılsız və məntiqsiz iddialarından biridir”

"Azərbaycanda kütləvi informasiya vasitələrində sərbəst fikir, söz azadlığı təmin edilib. Hər kəs nə istəyirsə, onu da yazır, kimi istəyirsə, tənqid edir. Dövlətimiz kütləvi informasiya vasitələrinin inkişafı üçün elə addımlar atıb ki, bunların dünyada analoqu yoxdur. Elə müxalifət qəzetlərinə göstərilən diqqət, onlara da digər mətbu orqanlar kimi KİVDF-dən ayrılan vəsaitlər göz qabağındadır". Bu fikirləri SİA-ya açıqlamasında YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev bildirib.

Müxalifət qəzetlərinin baş redaktorlarının bəyanatlarına, onların "hakimiyyət bizim qəzetləri çökdürmək istəyir" fikrinə münasibət bildirən T.Tağıyev qeyd edib ki, əgər hakimiyyət bunda maraqlı olsaydı müxalifət qəzetlərinə yardımlar ayırmazdı, onların dəfələrlə borcları silinməzdi: "Bu müxalifətin ağılsız və məntiqsiz iddialarından biridir. Azərbaycan hakimiyyətinin vətəndaş cəmiyyətinin inkişafı istiqamətində atdığı mütərəqqi addımlardan biri də mətbuatı daim diqqət və qayğı altında saxlamasıdır. Hər kəs şahidi oldu ki, müxalifət qəzetlərinin əməkdaşlarına da Cənab Preizdent tərəfindən mənzillər hədiyyə olundu. Bütün bunları görməmək nankorluqdur. İndi "Azadlıq və "Yeni Müsavat" qəzetlərinin kampaniyları, pul yığımaq üçün keçirdiyi tədbirlər göstərir ki, bu adamları ancaq pul maraqlandırır, milli maraqlara xidmət etmək onların gücünün xaricindədir. Guya çətin vəziyyətdədirlər. Halbuki müxalifət qəzetlərinin baş redaktorlarının sürdüyü maşınları satsan illərlə o qəzetləri çap etdirmək olar".

Bütün xəbərlər Facebook səhifəmizdə