"Milli Şura"nın mahiyyəti və öz fəaliyyəti ilə hansı məqsədə xidmət etdiyini ortaya qoyub. Bu qurumun üzvlərinin seçki prosesində və ondan sonra mütəmadi olaraq xarici ölkələrə səfərləri onların xarici qüvvələrdən dəstək aldığını sübut edir". Bu fikirləri SİA-ya Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Elçin Mirzəbəyli radikal müxalifət cəbhəsində baş verən son proseslərə münasibət bildirərkən deyib.
E.Mirzəbəyli bildirib ki, bu gün "Milli Şura"da fərqli dinamika hökm sürür: "Bu prosesdə "Müsavat" partiyasının aktivliyi ortadadır. Haşiyədən kənara çıxaraq qeyd edim ki, nizamnamə qaydasına uyğun olaraq bu vaxta qədər "Müsavat" partiyasının qurultayı keçirilməlidir. Yəni nizamnamə pozuntusu uzun müddətdir ki, davam edir. Qurultay keçiriləcəyi təqdirdə, İsa Qəmbər öz postu ilə vidalaşmalıdır. Bu halda isə o siyasi proseslərdən faktiki olaraq kənarda qalır".
E.Mirzəbəyli əlavə edib ki, indiki şəraitdə həmsədrlik institutuna etiraz edilməsi, xüsusilə "Müsavat" partiyasının sədri postuna iddialı Arif Hacılı tərəfindən bu məsələnin daha sərt şəkildə gündəmə gətirilməsi, birmənalı şəkildə ondan xəbər verir ki, İsa Qəmbər "Milli Şura"nın sədri olmaq niyyətindədir: "Yəni məqsəd bundan ibarətdir ki, İsa Qəmbər "məxməri" şəkildə bu dəyişikliklərin baş verməsinə nail olsun".
"Rüstəm İbrahimbəyov və digərlərinin əleyhinə səsləndirilən fikirlərə gəlincə isə E. Mirzəbəyli hesab edir ki, bütün bunlar manipulyasiyadır: "Çünki İsa Qəmbər Əli Kərimlinin şantajına əməl edərək seçkilərə qatılmadı, yəni hər zaman olduğu kimi şantajdan, təzyiqdən qorxdu və seçkilərdə iştirak etməyəcəyi əvvəlcədən bəlli olan Rüstəm İbrahimbəyovun oyununun iştirakçısına çevrildi. Bunları nəzərə alaraq səsələndirilən fikirlər bir anlama gəlir ki, bu insanların ya siyasətən xəbərləri yoxdur, ya da hesab edirlər ki, Azərbaycan cəmiyyəti baş verənlərin fərqində deyil".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB