Təmraz Tağıyev: Azərbaycan-Türkiyə arasında əməkdaşlıqlar tam səmimiyyət üzərində qurulub
"Azərbaycan Prezidenti İlham Əliyevin ilk rəsmi səfərini Türkiyəyə etməsi hər iki dövlət arasında daha böyük əməkdaşlığa yol açacaq. Həm dünya dövlətləri, həm də beynəlxalq təşkilatlar gördülər ki, Azərbaycan-Türkiyə dostluğu sarsılmazdır və hər iki dövləti əsl qardaşlıq telləri bağlayır". Bu fikirləri SİA-ya açıqlamasında YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev bildirib.
O qeyd edib ki, Prezident İlham Əliyev ötən seçkilərdən sonra da ilk səfərini Türkiyəyə etmişdi: "Çünki Azərbaycan və Türkiyə bəlkə də dünyada yeganə dost, qardaş dövlətlərdir ki, hər iki dövlət arasında əməkdaşlıqlar tam səmimiyyət üzərində qurulub. Türkiyə Azərbaycanın ədalətli mövqeyini dünyanın ən ali kürsülərində dəstəkləyib. Türkiyə sübut edib ki, həmişə ölkəmizin yanındadır. Bu səfər zamanı hər iki dövlətin hökumətləri arasında sənədlər imzalandı, qarşıda duran prioritet məsələlər müzakirə olundu. Eyni zamanda, Azərbaycan dövlətinin Dağlıq Qarabağla bağlı olan qətiyyətli və ədalətli mövqeyi bir daha Türkiyə dövləti tərəfindən dəstəkləndi və bunu bütün dünya bir daha görmüş oldu".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB