Politoloq: Azərbaycan güzəştlər haqqında düşünmür

Politoloq: Azərbaycan güzəştlər haqqında düşünmür

Azərbaycan güzəştlər haqqında düşünmür. Bunu SİA-ya açıqlamasında politoloq Qabil Hüseyinli SİA-ya deyib.

Onun sözlərinə görə, buna rəğmən, yeni ideyaların da yarana bilcəyi politoloq tərəfindən istisna olunmur.

"Danışıqlar masasına yeni ideyalar çıxarılacaq. Bu ideyaların Madrid prinsipləri əsasında hazırlayıb, irəli sürmək nəzərdə tutulur. Söhbət Azərbaycanın işğal altında olan 5 rayonun azad olunması və bunun qarşılığında Azərbaycan da müəyyən güzəştlərə gedəcəyi müzakirə olunacaq. Düzdür, Azərbaycan güzəştlər haqqında düşünmür. Amma danışıqlar prosesinin alınması üçün hansısa qarşılıqlı kompromislər nəzərdə tutulur" - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə