NATO-nun ayrı-ayrı strukturlarının ekspertlərindən ibarət bir neçə nümayəndə heyəti gələn həftə Azərbaycana səfər edəcək. Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, NATO ekspertləri tərəfindən Azərbaycan Silahlı Qüvvələrinin heyəti üçün müxtəlif mövzularda bir neçə təlim kursları təşkil olunacaq. Həmçinin hərbi təhsil sahəsində əməkdaşlıq imkanları müzakirə ediləcək. Bununla belə noyabrın 25-dən 29-dək Azərbaycan Silahlı Qüvvələrində NATO günlərinin keçirilməsi də planlaşdırılır
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB