Çingiz Qənizadə: “Dağlıq Qarabağı Ermənistan işğal etməyib” AÇIQLAMA
"Hesab edirəm ki, Ermənistan tərəfi Rusiyadan razılıq olmadan heç vaxt bu addımı ata bilməz". Bunu SİA-ya millət vəkili Çingiz Qənizadə Ermənistan parlamentində "Dağlıq Qarabağ Respublikasının tanıdılması haqqında" qanun layihəsinin müzakirəyə çıxarılması məsələsinə münasibət bildirərkən deyib.
Deputatın sözlərinə görə, hətta Dağlıq Qarabağ probleminin həllinin açarı belə rəsmi Moskvanın əlindədir: "Heç kimə sirr deyil ki, Dağlıq Qarabağın işğalında Rusiyanın əli olub".
Azərbaycan və Ermənistan prezidentlərinin noyabr ayının sonunda keçiriləcək növbəti görüşünə də toxunan Çingiz Qənizadə deyib ki, Ermənistan prezidenti Serj Sarkisyan görüntü xatirinə görüşlərə gəlir: "Cənab Prezident İlham Əliyev də haqlı olaraq qeyd edib ki, "görüş xatirinə görüşlərdən uzaq olmaq lazımdır". Bu mənada hesab edirəm ki, Ermənistan tərəfi yenə də Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində hansısa ciddi addımlar atmayacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB