"Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahidin Avropadakı qaranlıq fəaliyyəti istiqamətində SİA-ya mötəbər mənbədən məlumat daxil olub. Mənbənin bildirdiyinə görə, Q.Zahid ofisi Paris şəhərində yerləşəcək "Avropa Azərbaycanlıları" adlı yeni təşkilat təsis etmək ərəfəsindədir. Onun bu niyyəti rellaşdırması arxasında anti-Azərbaycançı qüvvələrin dayandığı qeyd olunur.
Mənbə həmçinin qeyd edib ki, özündə Avropada yaşayan azərbaycanlıları, xüsusilə də anti-milli şəxsləri birləşdirəcək təşkilatın başlıca məramı Avropa Parlamenti, Avropa Komissiyası və Avropa Şurasında Azərbaycanla bağlı aparılan müzakirələr və dinləmələrə, eyni zamanda qəbul edilən qərar və bəyanatlara təsir etməkdən ibarətdir.
Qeyd olunub ki, Q.Zahid Fransada hər hansı statusa malik olmadığından, təşkilatın onun həyat yoldaşı Ayəndə Mürsəliyevanın adına qeydiyyata alınacağı gözlənilir.
Bütün bunlarla yanaşı, sözügedən məlumatda Qənimət Zahid və tərədarlarının Azərbaycanda keçirilmiş prezident seçkilərinin nəticələri ilə bağlı noyabrın 18-də Avropa Parlamenti qarşısında etiraz aksiyasının keçirilməsinin, oradan ölkəmizin Belçikadakı səfirliyinədək yürüşün təşkilinin və səfirliyin qarşısında aksiyanın davam etdirilməsinin planlaşdırıldığı da bildirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB