Elçin Mirzəbəyli: QHT-lərin siyasi fəaliyyətlə məşğul olması qanunlara ziddir
"QHT-lərin fəaliyyətləri haqqında Azərbaycan Respublikasında kifayət qədər qanun və nizamnamələr var". Bu sözləri SİA-ya siyasiləşmiş QHT-lərin radikal müxalifət partiyaları ilə əməkdaşlıq etmələrinə münasibət bildirən BAXCP-nin sədr müavini Elçin Mirzəbəyli deyib.
E.Mirzəbəyli həmçinin onu da qeyd edib ki, belə bir qayda pozuntusuna yol verən QHT-lər ilkin olaraq xəbərdarlıq edilməli, növbəti mərhələdə isə müvafiq ədliyyə qurumu və yaxud icra hakimiyyəti orqanları məhkəməyə həmin QHT-nin qeydiyyatının ləvği ilə bağlı müraciət etməlidir.
"Bu prosedur yalnız məhkəmənin qərarı ilə qaydaya salınmalıdır. Təəssüflər olsun ki, QHT-lərin əhəmiyyətli bir hissəsi siyasi partiyaların mövqeyni müdafiə edir və birmənalı şəkildə siyasi fəaliyyətlə məşqul olurlar" - deyə o bildirib.
QHT-lərin siyasi fəaliyyətlə məşğul olmasının qanunlara zidd olduğunu deyən E.Mirzəbəyli eyni zamanda bildirib ki, QHT-lər qeydiyyatdan keçərkən öhdəliklər götürürlər və onlar öz öhdəliklərni yerinə yetirməlidir.
"Yəni bilavasitə vətəndaş cəmiyyətinin quruculuğna xidmət etməlidir" - deyə o, əlavə edib.
Bu istiqamətdə qanun dəyişikliyinə ehtiyacın olub-olmamasına gəlincə isə E.Mirzəbəyli bildirib ki, mövcud qanunvericilik QHT-lərin fəaliyyətinin qanun çərçivəsində tənzimlənməsinə imkan verir.
İsmayıl Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB