Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov İsraildə səfərdədir.
Milli Məclisin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, səfərin məqsədi İsraildə keçirilən Azərbaycan günlərinə həsr olunmuş tədbirlərdə iştirak etməkdir.
Tədbirlərdə Azərbaycanın tarixi, mədəniyyəti, adət-ənənələri, hazırda ölkəmizdə müşahidə olunan dinamik inkişaf, əldə edilən nailiyyətlər, həmçinin üzləşdiyimiz problemlər barədə ictimaiyyətə geniş məlumat veriləcək.
Noyabrın 17-dək davam edəcək səfər çərçivəsində keçiriləcək görüşlərdə xalqlarımızın dostluq münasibətləri, iki ölkə arasında əlaqələrin genişləndirilməsi məsələləri ilə bağlı fikir mübadiləsi aparılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB