Aydın Mirzəzadə: “ “Milli Şuranın” mövcudluğu böyük bir sual altındadır” AÇIQLAMA

Aydın Mirzəzadə: “ “Milli Şuranın” mövcudluğu böyük bir sual altındadır” AÇIQLAMA

"Ümumi analiz etdikdə bu gün Azərbaycan müxalifətinin cəmiyyət tərəfindən dəstəklənmədiyi fikrinə gəlmək olar". Bu sözləri SİA-ya millət vəkili Aydın Mirzəzadə müxalifət düşərgələrində baş verən hadisələrə münasibət bildirərkən deyib. O bildirib ki, müxalifət böyük ambisiyalarına baxmayaraq, nə böyük koalisiya, nə də sosial baza yarada bilib.

Onun sözlərinə görə, müxalifət düşərgəsində ənənəvi çəkişmələr bu gün də davam edir: "Müxalifət seçki bitdikdən sonra uğursuzluğunu digərinin üzərinə atmağa çalışır. Müxalifətin mənəvi atası hesab edilən Rüstəm İbrahimbəyov nə siyasi proseslərə qarışdı, nə də ki müxalifətə dəstək, yol göstərmək arzusunu ortaya qoydu. Bu gün "Milli Şuranın" mövcudluğu böyük bir sual altındadır. Artıq Müsavat Partiyasından "Milli Şura"nın yenidən qurulması ilə bağlı tələblər gəlir".

Millət vəkili həmçinin bildirib ki, ölkə vətəndaşlarını radikal müxalifətin nə düşündüyü maraqlandırmır: "Bunun əsas göstəricisi, vətəndaşların onların keçirdikləri mitinqlərə gəlməməsidir. Əsas sübut isə ölkəmizdə 9 oktyabr tarixində keçirilən seçkilər oldu. Seçkilər bir daha göstərdi ki, cəmiyyət radikal müxalifəti dəstəkləmir".

Bütün xəbərlər Facebook səhifəmizdə