Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 3-cü iclasında 7 protokol və anlaşma imzalanıb

Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 3-cü iclasında 7 protokol və anlaşma imzalanıb

Bu gün Ankarada Prezident İlham Əliyev və Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 3-cü iclası keçirilib. SİA-nın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, Türkiyə hökumət binasında keçirilən toplantıda ticarət həcminin artırılması, energetika, regional məsələlər və iqtisadi əlaqələr əsas müzakirə mövzusu olub.

Toplantıda texnoloji əməkdaşlıq protokolu, elm, texnologiya, sənaye və sahibkarlıq sahəsində əməkdaşlığı gücləndirməyə yönəlik razılaşma, beynəlxalq yük daşımalarına dair razılaşma, təhlükəsizlik əməkdaşlıq müqaviləsi imzalanıb.

Anlaşmaların imzalanmasından sonra Prezident İlham Əliyev və Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan toplantının nəticələrinə dair ortaq açıqlama mətnini imzalayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə