Prezident İlham Əliyev: “Dağlıq Qarabağ məsələsində Türkiyənin yanımızda olacağına əminik”

Prezident İlham Əliyev: “Dağlıq Qarabağ məsələsində Türkiyənin yanımızda olacağına əminik”

"Türkiyənin güclü dövlətə çevrilməsindən böyük məmnuniyyət duyuruq. Türkiyə böyük və şərəfli bir yol qət edib. Artıq bölgədə Türkiyənin razılığı olmadan heç bir təşəbbüs həyata keçirilə bilməz". SİA-nın məlumatına görə, bu fikirləri Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 3-cü iclasından sonra keçirilən mətbuat konfransında Azərbaycan Prezidenti İlham Əliyev deyib.

Çıxışı zamanı Dağlıq Qarabağ probleminə toxunan Prezident İlham Əliyev deyib ki, münaqişənin həlli istiqamətində Türkiyəyə inam tamdır: "Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Türkiyənin yanımızda olacağına əminik".

Azərbaycan Prezidenti deyib ki, Türkiyə ilə Azərbaycan arasında viza rejiminin aradan qaldırılması istiqamətində böyük məsafə qət edilib: "Yaxın zamanlarda alimlər və iş adamları bu imkandan istifadə edəcəklər".

İki ölkə arasında TANAP kimi böyük əhəmiyyətə malik enerji layihələrinin həyata keçiriləcəyinə diqqət çəkən Prezident İlham Əliyev vurğulayıb ki, bu layihə ilə Avropanın enerji xəritəsi yenidən dəyişəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə