Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Milli Qəhərəman İbad Hüseynovla tələbələrin görüşü keçirilib. SİA-nın məlumatına görə tədbirdə AzMİU-nun rektoru, millət vəkili, Gülçöhrə Məmmədova, millət vəkili Etibar Hüseynov, universitetin müəllimləri və tələbələri iştirak edib.
Əvvəlcə Milli Qəhraman İbad Hüseynovun qəhramanlıqlarına həsr olunan filmin nümayişi olub.
Sonra çıxış edən AzMİU-nun rektoru Gülçöhrə Məmmədova bildirib ki, Azərbaycan torpaqlarının bütövlüyü uğrunda qəhrəmancasına döyüşərək düşmənə dəfələrlə sarsıdıcı zərbələr endirən İbad Hüseynovun tələbələrlə görüşü unudulmaz və yadda qalan hadisədir.
İ.Hüseynovun Qarabağ uğrunda gedən döyüşlərdə göstərdiyi qəhrəmanlıq şücaətinin indiki və gələcək nəsillərə əsl örnək olduğunu vurğulayan G.Məmmədova bu gün harada yaşamasından asılı olmayaraq hər bir Azərbaycanlının, xüsusən də gənclərin Azərbaycanın Ali Baş Komandanı İlham Əliyevin çağırışı ilə silaha sarılaraq işğal altında olan torpaqlarımızın düşmən tapdağından azad etməyə borclu olduqlarını vurğulayıb.
Daha sonra çıxış edən Milli Qəhraman İbad Hüseynov tələbələrlə görüşü yüksək qiymətləndirdiyini və bu görüşün yaddaşında unudulmaz xatirə kimi qalacağını söyləyib.
Millət vəkili Etibar Hüseynov da Milli Qəhramanın şərəfli döyüş həyat yolundan söhbət açıb.
Çıxışlarda qeyd olunub ki, İ.Hüseynov Azərbaycanın ilk hərbi kəşfiyyatçılarından biri kimi ASALA-nın liderlərindən biri, beynəlxalq terrorçu, Xocalı soyqırımında ağlagəlməz vəhşiliklər törədən Avo ləqəbli Monte Melkonyanı Qarabağda məhv etməklə yüzlərlə günahsız soydaşımızın qisasını alıb.
Görüşün sonunda Azərbaycanın cəsur döyüşçüsü İ.Hüseynova universitet rəhbərliyi və tələbələr tərəfindən qiymətli hədiyyələr təqdim olunub. Eyni zamanda Milli Qəhraman İbad Hüseynov da AzMİU-ya xatirə olaraq qiymətli hədiyyə təqdim edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB