“İranla sərhədin açılmaması ilə bağlı BMT-yə müraciət edilməlidir”

“İranla sərhədin açılmaması ilə bağlı BMT-yə müraciət edilməlidir”

"Rəsmi Bakı Azərbaycan-İran dövlət sərhədinin hələ də açılmaması ilə bağlı İslam Əməkdaşlıq Təşkilatı və BMT-yə müraciət etməlidir. Azərbaycan bu məsələ ilə bağlı müxtəlif beynəlxalq təşkilatlara müraciət etməli və İrana qarşı tədbir görülməlidir. Sabah bütün şiə müsəlmanları Aşuranı qeyd edir. Təəssüf ki, İran Naxçıvan Muxtar Respublikasının yolunu kəsib. Vaxtilə Yezid müsəlmanların suyunu kəsmişdi. İndi də İran bizim yolumuzu kəsir". SİA-nın məlumatına görə, bunu millət vəkili Qüdrət Həsənquliyev Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib.

Q. Həsənquliyev onu da qeyd edib ki, Azərbaycanın xaricdə saxlanılan maliyyə vəsaitləri ölkəyə gətirilməli, yerli sahibkarlara verilməli, yeni müəssisələr tikilməli, yeni iş yerləri açılmalıdır.

Parlamentin sədri Oqtay Əsədov isə bəyan edib ki, İranla Azərbaycan arasında olan problemi şişirtmək və gündəmə gətirmək lazım deyil. O bildirib ki, hazırda İran və Azərbaycan arasında bu məsələ ilə bağlı danışıqlar gedir.

Bütün xəbərlər Facebook səhifəmizdə