Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının üçüncü iclasına qatılmaq üçün Türkiyə Baş Nazirliyinin Mərkəzi Binasına gəlib. SİA-nın məlumatına görə, ölkə başçısını Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan qarşılayıb.
İclasda iki ölkə arasında müxtəlif sahələrdə, o cümlədən müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq məsələləri əsas müzakirə mövzusu olacaq.
Toplantıdan sonra Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan mətbuat konfransı keçirəcəklər.
Mətbuat konfransından sonra isə Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyevanın şərəfinə nahar yeməyi verəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB