İctimai Palatanın işinə xitam verilməsi təklifi adıçəkilən təşkilatda narazılıqla qarşılanıb. SİA-nın məlumatına görə, Azərbaycan Milliyyətçi Demokrat Partiyasının (AMDP) sədri, İctimai Palatanın Koordinasiya Şurasının və Milli Şuranın üzvü Qələndar Muxtarlının fikrincə, bu gün müxalifətdə olan təşkilatların formalaşmasında İctimai Palata rol oynayıb. Bu baxımdan, quruma qarşı çıxış etmək nankorluqdur: "…Ziyalılar Forumundan tutmuş, Milli Şuranın qurulmasına qədər İctimai Palata lazımı rol oynayıb. Bu mənada İctimai Palata müxalifətin siyasi fikir mərkəzi kimi funksiyasını davam etdirməlidir".
İctimai Palatadan kənar olan Milli Şuranın dayanıqlı olmamasına da eyham vuran AMDP sədri bildirib ki, İctimai Palatadan kənar müxalifət heç də kifayət qədər dayanıqlı deyil: "Bu baxımdan proseslərdə rol ala bilməyənlər, mövcud olanı dağıtmaq şərtini irəli sürməsinlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB