”Cənab Prezidentin Türkiyə səfəri müstəqillik tariximizə əlamətdar səfərlərdən biri kimi yazılacaq”
"Dövlət başçısı Cənab İlham Əliyevin qardaş Türkiyədəki səfər proqramı hər birimizdə bir daha qürur hissi doğurdu. Hər iki dövlətin baçşısının bir-birlərini ölkələrinin yüksək Ali mükafatı ilə təltif etmələri, bu iki ölkənin əbədi birliyinin göstəricisi idi". Bunu YAP Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
"Möhtərəm Prezidentimiz bu mükafatdan çox qürur duyduğunu və onun üçün şərəfli və tarixi bir gün olduğunu səsləndirərək Türkiyənin Azərbaycan üçün ən yaxın dost, qardaş və müttəfiq olduğunu, bu birliyin bölgə üçün həyati önəm daşıdığını və Türkiyə nə qədər güclü olsa Azərbaycanın da o qədər güvəndə olacağı fikrini xüsusi vurğuladı. Əslində Cənab Prezidentin bu mükafatla təltif edilməsi təkcə Azərbaycan və Türkiyə dostluq əlaqələrindəki xidmətinə görə deyil, həm də dövlət başçımızın bütövlükdə fəaliyyətinə verilən bir qiymət oldu. Möhtərəm Prezidentimizin ənənəyə sadiq olaraq ilk qardaş ölkəyə səfəri bu iki qardaş xalq, dövlət arasında ayrıseçkilik yaratmağa çalışan bəzi daxili və xarici qüvvələrə dəyərli bir cavab oldu" - deyən, millət vəkili onu da vurğulayıb ki, sözügedən səfər müasir müstəqillik tariximizə ən yadda qalan və əlamətdar səfərlərdən biri kimi yazılacaq.
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB