Politoloq: “Rusiya nə özü Dağlıq Qarabağı tanıyıb, nə də işğalçı ölkəyə onu tanıtdırıb” AÇIQLAMA
"Ermənistan qondarma Dağlıq Qarabağ Respublikasını heç vaxt tanımayacaq". Bunu SİA-ya politoloq Vəfa Quluzadə Ermənistan parlamentində "Dağlıq Qarabağ Respublikasının tanınması haqqında" qanun layihəsinin müzakirəyə çıxarılması məsələsinə münasibət bildirərkən deyib.
Vəfa Quluzadə hesab edir ki, burada işğalçı ölkədən asılı heç nə yoxdur: "Bütün bunların başında rəsmi Moskva dayanır. Rusiya bugünədək nə özü Dağlıq Qarabağı tanıyıb, nə də işğalçı ölkəyə onu tanıtdırıb. Məhz buna görə də beynəlxalq arenada ermənilər indiyədək bütün döyüşləri uduzublar. Bütün dünya sammitləri (Lissabon, Budapeşt, NATO sammiti və beynəlxalq təşkilatlar) Dağlıq Qarabağın Azərbaycanın ərazisi olduğunu təsdiqləyib. Bununla da beynəlxalq təşkilatlar bu problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini dəstəkləyib. İşğalçı ölkə sadəcə olaraq bütün bunlardan özləri üçün şou düzəltməyə çalışır. Lakin bunun heç bir əhəmiyyəti olmayacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB