Rauf Zeyni: ”Beynəlxalq qrant təşkilatları ikili standartlar tətbiq edirlər"
"Təəssüflər olsun ki, dünyada ikili standartlar mövcuddur. Bir çox ölkələrin, beynəlxalq təşkilatların təqdim etdiyi qrantlarda bu standartlar özünü göstərməkdədir". Bu sözləri Milli QHT Forumunun prezidenti Rauf Zeyni bəzi müxalif QHT-lərin xarici təşkilatlar tərəfindən maliyyələşməsinə münasibət bildirərkən deyib. ABŞ Dövlət Departamenti tərəfindən müxalifyönlü QHT-lərə vəsaitin ayırmasını ədalət prinsipinə, demokratiyaya zidd olduğunu deyən Mili QHT Forumunun prezidenti eyni zamanda qeyd edib ki, əslində bu yanaşma məqsədli şəkildədir.
"Zəngin Azərbaycan Uğrunda Maarifləndirmə" (ZAUM) İctimai Birliyinin sədri İradə Əliyeva məsələyə münasibət bildirərkən qeyd edib ki, bu, ikitərəfli yanaşmadır: "Bunun məqsədyönlü olması hər kəsə bəllidir. ABŞ bir tərəfdən Azərbaycanda ictimai-siyasi vəziyyəti qiymətləndirir, digər tərəfdən isə müxalifətyönlü qeyri hökümət təşkilatlarına vəsait ayırır. Onlar vətəndaş cəmiyyətində ayırmalar edirsə o zaman hansı demokratiyaya xidmət edir. Düşünürəm ki, ABŞ kimi demokratik hakimiyyətə mənsub olan dövlət üçün bu çox mənfi tendensiyadır. Təbii ki, bu vəsaitin verilməsi məqsədyönlüdür və məqsədyönlü də xərclənəcək".
ABŞ prezidenti Barak Obamanın Azərbaycan Prezidentinə ünvanladılğı təbrik məktubuna da toxunan İradə Əliyeva qeyd edib ki, əslində ABŞ Azərbaycanla bütün sahələrdə sıx əməkdaşlıq etmək, strateji tərəfdaş olmaq arzusundadır: "Belə olan halda Azərbaycanda müəyyən maraqları olan dairələrin ölkənin müxalifətyönlü QHT-ləri ilə hər hansı layihələr həyata keçirməyə cəhd etməsi heç nəyi dəyişməyəcək. Çünki Azərbaycanda mövcud olan demokratiya və bu dəyərlərə sadiqlik hər zaman özünü yüksək səviyyədə nümayiş etdirib. Bu səbəbdən də beş yüz min dollar vəsaitin ayrılması heç bir ciddi əsaslara söykənmir".
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB