Azərbaycan Prezidentinin ünvanına təbrik məktubları gəlməkdə davam edir
Avstriya Respublikasının Federal Prezidenti Haynts Fişerdən Azərbaycanın dövlət başçısı İlham Əliyevi yenidən Prezident seçilməsi münasibətilə təbrik edib.
Təbrik məktubunda deyilir: Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi təbrik edir, möhkəm cansağlığı diləyir, ali dövləti vəzifənizdə uğurlar arzu edirəm.
Ümidvaram ki, 2013-cü il noyabrın 19-da Vyanada yenidən görüşəcəyik".
Yəmən Respublikasının Prezidenti Abdurabbih Mənsur Hadidən: "Yenidən qardaş Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Zati-alinizi Yəmən Respublikasının xalqı və hökuməti adından, şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm. Sizə ən xoş arzularımı çatdırmaqdan, möhkəm cansağlığı, səadət və müvəffəqiyyət diləməkdən məmnunluq hissi duyuram. Qardaş Azərbaycan xalqının daha firavan gələcəyi naminə ali dövləti fəaliyyətinizdə Sizə uğurlar diləyirəm.
Fürsətdən istifadə edərək, qardaş ölkələrimiz və xalqlarımızın qarşılıqlı mənafeyi naminə dəyərli dostluğumuzun və əməkdaşlığımızın möhkəmləndirilməsində maraqlı olduğumu bir daha bəyan edirəm".
Portuqaliyanın Baş naziri Pedru Pasuş Koelyodan: "Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi Portuqaliya hökuməti adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm. Yeni prezidentlik dövrünüzdə Sizə uğurlar arzu edirəm.
Əminəm ki, ölkələrimiz arasındakı dərin dostluq münasibətlərinin inkişafı üçün Sizinlə əməkdaşlığı davam etdirəcəyik. Biz inanırıq ki, ölkələrimizin mənafeyi naminə müxtəlif istiqamətlərdə, o cümlədən ticarət və investisiya sahələrində qarşılıqlı əməkdaşlığımız daha da güclənəcəkdir. Biz bu istiqamətdə birlikdə irəliləməyə hazırıq.
Zati-aliləri, xahiş edirəm ən yüksək ehtiramımı qəbul edin".
Rusiya Federasiyasının Vladivostok şəhərindəki "MİREY" şirkətlər qrupunun baş direktoru Hafiz Qurbanovdan: "Azərbaycan Respublikası Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Sizin liderliyinizlə Azərbaycan dövlət quruculuğu, siyasət, iqtisadiyyat, mədəniyyət və milli ənənələrin qorunması sahələrində böyük nailiyyətlər əldə etmişdir.
Azərbaycanın güclü iqtisadiyyatı, beynəlxalq nüfuzu, investisiya cəlbediciliyi - bütün bunlar Sizin xidmətlərinizin bəhrəsidir. İndi Azərbaycan dünyada layiqli yer tutur, beynəlxalq arenada ölkənin nüfuzu ilbəil artır. Ümummilli lider Heydər Əliyevin və Sizin gördüyünüz böyük işlər sayəsində Azərbaycan xalqı öz qüdrətli Vətəni ilə fəxr edir.
Azərbaycan Respublikasının daha da inkişaf etməsi naminə ali dövləti vəzifənizdə Sizə yeni uğurlar arzulayıram. Əminəm ki, Sizin zəngin təcrübəniz və yüksək peşəkarlığınız bundan sonra da ali dövləti vəzifənizdə uğurla və səmərəli işləməyə imkan verəcəkdir".
Türkiyənin Karacabey Ticarət və Sənaye Palatasının idarə heyətinin sədri Naci Güncüdən: "Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi Türkiyənin Karacabey Sənayeçi və İş Adamları Palatası adından ürəkdən təbrik edirəm.
Əminəm ki, ali dövləti vəzifədə olduğunuz ötən on ildə qazandığınız nailiyyətləri prezidentliyinizin yeni dönəmində də davam etdirəcək, ölkələrimiz arasındakı dostluq və qardaşlıq münasibətlərini daha da möhkəmləndirəcəksiniz.
Sizə möhkəm cansağlığı, şərəfli və məsuliyyətli işinizdə yeni-yeni uğurlar diləyirəm".
Gürcüstanda Azərbaycan Mədəniyyət Mərkəzinin sədri Fazil Həsənovdan: "Yenidən Azərbaycan Respublikasının Prezidenti seçkilərində parlaq qələbəniz münasibətilə Sizi, dövrümüzün görkəmli siyasi xadimini Gürcüstanda Azərbaycanlıların Mədəniyyət Mərkəzinin idarə heyəti adından ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı, ali dövləti vəzifənizdə yeni-yeni uğurlar diləyirik.
Cənab Prezident, bu möhtəşəm qələbəniz Azərbaycanın dünya ölkələri arasında sanballı söz sahibinə çevrilməsi, dinc yanaşı yaşama prinsipləri, azərbaycançılıq ideyalarının təbliği, ölkə əhalisinin maddi rifah halının yaxşılaşdırılması sahəsində Sizin yürütdüyünüz uzaqgörən daxili və xarici siyasətə xalqın inamının göstəricisidir.
Zati-aliləri, Sizi inamlı qələbəniz münasibətilə bir daha səmimi qəlbdən təbrik edir, dünya azərbaycanlılarının məbədgahı olan Azərbaycanımızın daha da çiçəklənməsi naminə gördüyünüz möhtəşəm işlərdə müvəffəqiyyətlər diləyirik".
Benilüks Azərbaycanlıları Konqresinin sədri Sahil Qasımovdan: "Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi Benilüks Azərbaycanlıları Konqresi adından səmimi qəlbdən təbrik edirəm.
Əminəm ki, Sizin prezidentliyinizin növbəti beş ili ərzində də tarixi Vətənimiz Azərbaycan yeni-yeni uğurlara imza atacaq, regionun lider dövləti statusunu daha da möhkəmləndirəcək, xalqımızın rifah halı gündən-günə yüksələcək və Heydər Əliyev siyasəti uğurla davam etdiriləcəkdir.
Hörmətli cənab Prezident, Sizə uzun ömür, möhkəm cansağlığı, ali dövləti vəzifənizdə uğurlar arzu edirəm. Allah Sizi qorusun!"
İsveçdə fəaliyyət göstərən "Azərbaycan Naminə" Cəmiyyətinin sədri Nadir Hollanbranddan: "Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi İsveçdə fəaliyyət göstərən "Azərbaycan Naminə" Cəmiyyəti adından səmimi qəlbdən təbrik edirik.
Azərbaycan xalqının Sizə hörmət və etimadı sonsuz və əvəzolunmazdır. Sizə şərəfli ali dövləti vəzifənizdə böyük uğurlar arzu edirik. İsveçdə yaşayan azərbaycanlılar hər zaman Sizin daxili və xarici siyasətinizi dəstəkləmişlər. Sizin müdrik siyasətiniz Azərbaycan xalqını işıqlı gələcəyə aparan yeganə yoldur".
Ukrayna Beynəlxalq Universiteti şərqşünaslıq kafedrasının müdiri, "Kiyev-Mohıla Akademiyası" Dövlət Universitetinin müəllimi professor Fərhad Turanlıdan: "Sizi Azərbaycan Respublikasının Prezidenti seçilməniz münasibətilə təbrik edir, fəaliyyətinizdə yeni-yeni uğurlar diləyirəm. Xaricdə ictimai-elmi fəaliyyət göstərən vətənpərvər soydaşlarımız əmindirlər ki, Siz Ulu Öndərimizin müdrik siyasətini davam etdirərək Azərbaycan Respublikasının daha böyük uğurlar qazanmasına nail olacaqsınız.
Sizi əmin edirəm ki, diaspor və lobbiçilik fəaliyyətimizi gücləndirərək vətənimiz Azərbaycanın milli mənafelərini bundan sonra da ləyaqətlə müdafiə edəcəyik".
Finlandiya Azərbaycanlıları Assosiasiyası sədri Vasif Muradlıdan: "Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi Finlandiya Azərbaycan Assosiasiyası, Azərbaycan Qadınlar Cəmiyyəti və Yeniyetmə Gənclər Təşkilatı adından səmimi qəlbdən təbrik edirik. Seçkilərdə inamlı qələbənizlə bizə böyük sevinc bəxş etdiniz. Siz yenidən xalqın yüksək etimadına yürütdüyünüz müdrik və məqsədyönlü siyasət nəticəsində nail olmusunuz.
Bu uğurlu siyasət nəticəsində Azərbaycan bölgənin lider dövlətinə, dünyada söz və nüfuz sahibinə çevrilmişdir. İndi Azərbaycanın səsi ən ali kürsülərdən eşidilir. Doğma Vətənimiz Azərbaycan indi beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilmişdir. Azərbaycanın dünyanın bir nömrəli təşkilatı olan BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi və həmin təşkilata yüksək səviyyədə sədrlik etməsi Sizin yürütdüyünüz müdrik siyasətin bariz nümunəsidir.
Parlaq qələbənizlə başa çatan demokratik və şəffaf seçkilər bütün dünyaya bir daha sübut etdi ki, Azərbaycan müstəqil, demokratik, tolerant, inkişaf etmiş, heç bir dövlətdən asılı olmayan ölkədir. Xalqımız Sizi ulu öndərimiz Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş inkişaf strategiyasının qarantı hesab edir. Məhz buna görə də müdrik Azərbaycan xalqı bir daha düzgün seçim etdi. İnkişafa, əmin-amanlığa, daha firavan gələcəyə səs verdi.
Cənab Prezident, dünya azərbaycanlılarına göstərdiyiniz diqqət və qayğıya, Azərbaycanın davamlı inkişafı, güclü dövlətə çevrilməsi üçün gördüyünüz bütün işlərə görə Sizə yeni uğurlar arzulayırıq".
Estoniya Azərbaycan Mədəniyyət Mərkəzinin sədri Niyazi Hacıyevdən: "Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi Estoniyadakı Azərbaycan icması adından ürəkdən təbrik edir, ölkəmizin müstəqilliyinin qorunması, diasporun dövlətçilik ideyası ətrafında sıx birləşməsi sahəsində gördüyünüz işlərdə Sizə yeni uğurlar diləyirik.
Sizin diaspor quruculuğuna göstərdiyiniz yüksək diqqət və qayğı sayəsində Estoniyadakı azərbaycanlıların tarixi Vətənlə əlaqələri daha da möhkəmlənmiş, yaşadığımız ölkənin ictimai-siyasi həyatında nüfuzu artmışdır.
İndi Azərbaycan icmasının fəalları Estoniya Respublikası parlamentinin, bələdiyyə qurumlarının üzvüdür. Dünya və Avropa yarışlarının qalibi olan idmançılarımız, tanınmış mədəniyyət xadimlərimiz və ümumən bütün həmyerlilərimiz eston cəmiyyətində yüksək hörmətə malikdirlər.
Cənab Prezident, bütün bu uğurlarımıza görə Sizin müdrik daxili və xarici siyasətinizə borcluyuq. Sizə ali dövləti vəzifənizdə yeni-yeni uğurlar, möhkəm cansağlığı arzu edirik".
"Azərbaycan-İsrail" Beynəlxalq Təşkilatının Ağsaqqallar Şurasının üzvü Mixail Aqarunovdan: "Azərbaycan Respublikasının Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.
Bu seçkilərdə Sizin qalib gələcəyinizə ürəkdən əmin idim. Azərbaycan vətəndaşı kimi, öz Vətəni ilə ürəkdən fəxr edən, zəmanəmizin dahi siyasi xadimi atanız Heydər Əliyevin və Sizin - Ümummilli Liderin doğma xalqın rifahına yönəlmiş siyasətinin layiqli davamçısının pərəstişkarı kimi Sizi bir daha ürəkdən təbrik edirəm.
Mən Sizinlə fəxr edirəm. Mənim Sizinlə də, vaxtilə dahi Heydər Əliyevlə də görüşümüz olub. Bu görüşlərin xoş təəssüratı yaddaşıma ömürlük həkk olunub. Harada yaşamağımdan asılı olmayaraq, Azərbaycan vətəndaşı adını həmişə qürurla daşımağa, Sizin siyasətiniz sayəsində respublikamızda bərqərar olmuş müasir reallıqları, Azərbaycan xalqının tolerantlığını təbliğ etməyə çalışıram. Siz təkcə siyasi xadimlər üçün deyil, həm də bizim gənclər üçün örnək olan müasir ziyalısınız.
Ulu Tanrıdan Sizə və ailənizə, bütün yaxınlarınıza möhkəm cansağlığı, xoşbəxtlik və firavanlıq diləyirəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB