Politoloq: "İran Qərbi aldadaraq sanksiyaları yumşaltmağa çalışır" MÜNASİBƏT
"Dünya nüvə silahı uğrunda mübarizə aparır və nüvə silahının yaradılmasını qadağan etməyə çalışır. Nüvə silahı olan ölkələrdə nüvə ehtiyatını ləğv etmək fikrindədir. Belə bir vəziyyətdə terrorizmi müdafiə edən bir ölkənin nüvə silahına sahib olması dünya üçün qorxulu nəticələr yarada bilər". Bu sözləri SİA- ya politoloq Qabil Hüseynli İranın sanksiyalara baxmayaraq, nüvə silahının satışını davam etməsinə münasibət bildirərkən deyib. O bildirib ki, dünya ilə daimi gərgin münasibətlər yaradan, bir çox terrorçu təşkilatları müdafiə edən dövlətin nüvə silahına sahib olmasını heç kim istəməz.
Onun sözlərinə görə, İran çox avantürist ideyalarla yaşayır və dünyada gərginlik yaratmaq istəyir: "Arada gərginlik yaransa, İran düşünmədən Azərbaycana qarşı nüvə silahı tətbiq edə bilər. Zənnimcə, İran təhlükəli dövlətdir və kütləvi qırğın silahlarına yaxın buraxmaq olmaz. ABŞ-ın İrana qarşı sanksiyası onu dizi üstə yerə qoyub. Lakin buna baxmayaraq, İran Qərbi aldadaraq ona müəyyən vədlər verməklə sanksiyanı yumşaltmağa çalışır. Qərbin mövqeyində birdən- birə kəskin dəyişikliklər əmələ gəlib. Qərb iddia edir ki, İran nüvə obyektlərinin demək olar ki, hamısını onun üzərinə açmağı qərara alıb. Amma mən buna inanmıram. Ona görə ki, İran nüvə silahının bütün komponentlərini yaradıb və gec- tez bu nüvə silahının yaradacaq. Bu nöqteyi nəzərdən qərbin optimizmini və ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyaları yumşaldacağı haqqında verdiyi vədi təəccüblə qarşılayıram".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB