İB sədri: "Bu təşkilatlardan maliyyə almaq elə erməniyə xidmət etməkdir"
"Mən QHT-lərin xaricdən maliyyələşməsinin həmişə əleyhinə olmuşam". Bunu SİA-ya açıqlamasında "Azəri-Türk Qadınları İctimai Birliyi"nin sədri Tənzilə Rüstəmxanlı deyib.
T.Rüstəmxanlı: "Bu cür QHT-lər o xarici təşkilatdan qrantlar alırlar ki, həmin xarici təşkilatları birbaşa ermənilər maliyyələşdirir. Ona görə də Azərbaycanın maraqlarını gözləmirlər. Xaricdən erməni təşkilatlarından maliyyələşən hüquq müdafiəçiləri də var. Biz xaricdə tədbirlərdə görürük ki, xarici təşkilatlarının əsas maliyyə mənbəyi erməni lobbisidir. Bu təşkilatlardan maliyyə almaq elə erməniyə xidmət etməkdir, bu milli maraqlarımızın tam əksində dayanan bir addımdır. Digər tərəfdən, həmin xarici donor təşkilatları Ermənistanın işğalçılıq siyasətini dəstəkləyən təşkilatlardır", - deyə bildirib.
SAMİR
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB