Aydın Mirzəzadə: ”Müdafiə nazirinin bölgələrə səfəri cəmiyyət tərəfindən müsbət qarşılanır”
"Azərbaycanda yeni müdafiə nazirinin təyin edilməsi Azərbaycan Silahlı Qüvvələri qarşısına Ali Baş Komandanın daha böyük vəzifələr qoyması ilə əlaqədardır". Bunu Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü, millət vəkili Aydın Mirzəzadə SİA-ya açıqlamasında deyib.
"Yeni təyinatdan sonra müdafiə nazirinin bölgələrə səfəri cəmiyyət tərəfindən müsbət qarşılanır. Onun hərbi hissələrdəki vəziyyətlə birbaşa tanış olması Azərbaycan ordusunun düşmənə qarşı mübarizəsinin vəziyyətini tam müəyyən etməyə imkan verir", - deyən millət vəkili onu da vurğulayıb ki, cəbhə xəttində düşmənə qarşı bir sıra tədbirlərin görülməsi istiqamətində addımlar atılır. Bu gün Azərbaycan ordusu özünün hazırlığına, mübarizə əhval ruhiyyəsinə görə, Ermənistan ordusundan qat-qat yüksəkdədir. Nazirimizin bölgələrə səfəri ordumuzun həm taktiki hazırlığının həm də, Ermənistanın işğal etdiyi ərazilərdən çıxarılmasına dair planların hazırlanmasına gətirib çıxaracaq.
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB