Prezident İlham Əliyev: “Ermənistanın mövqeyi imkan vermir ki, Dağlıq Qarabağ məsələsi öz həllini tapsın”

Prezident İlham Əliyev: “Ermənistanın mövqeyi imkan vermir ki, Dağlıq Qarabağ məsələsi öz həllini tapsın”

"Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış torpaqları uzun illərdir Ermənistan tərəfindən işğal edilib, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının dörd qətnaməsi var, ancaq onlar Ermənistan tərəfindən icra edilmir və beynəlxalq hüquq normaları kobudcasına pozulur". SİA-nın "Cihan" xəbər agentliyinə istinadən verdiyi xəbərə görə, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə prezidenti Abdullah Güllə birgə mətbuata bəyanatla çıxışında deyib.

Ölkə başçısı bildirib ki, məsələnin həlli ilə bağlı Azərbaycan öz səylərini davam etdirir, ancaq əfsuslar olsun ki, Ermənistanın mövqeyi imkan vermir ki, bu məsələ öz həllini tapsın və Azərbaycanın ərazi bütövlüyü bərpa edilsin: "Biz bu işğaldan əziyyət çəkirik. Uzun illərdir ki, bir milyondan artıq Azərbaycan vətəndaşı öz doğma torpağında qaçqın və köçkün vəziyyətində yaşayır. Bizə qarşı etnik təmizləmə siyasəti aparılıb və bu ədalətsizliklə barışmaq mümkün deyil. Ümid edirəm ki, gələcək aylarda, illərdə bu məsələ ilə bağlı daha da ciddi addımlar atılacaq və Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcək. Bir daha demək istəyirəm ki, bunu tarixi ədalət, beynəlxalq hüquq diqtə edir. Əlbəttə, Türkiyənin dəstəyi bizim gücümüzü daha da artırır, biz bu dəstəyə görə minnətdarıq".

Bütün xəbərlər Facebook səhifəmizdə