Araz Əlizadə: "“Yeni Müsavatı” “yeni müsibət”, “Azadlıq”ı isə “damazlıq” qəzetdir”

Araz Əlizadə: "“Yeni Müsavatı” “yeni müsibət”, “Azadlıq”ı isə “damazlıq” qəzetdir”

"Yeni Müsavat və "Azadlıq" qəzetlərini neçə illərdir yedirdirlər. Biz əhəlləşdirdiyimiz heyvanlara görə məsuliyyət daşımırıq. "Yeni Müsavat" və "Azadlıq" əhəlləşmiş heyvanlardır". Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan-Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə bildirib.

Partiya sədri qeyd edib ki, onlar günbəgün qudururlar: "Onlar maddi durumlarının pis olduğunu deməklə xaricə mesaj verirlər ki, bizə kömək edin, pul verin. Mən seçki kampaniyası ərəfəsində "Yeni Müsavatı" "yeni müsibət" "Azadlıq"ı isə "damazlıq" qəzet adlandırmışdım. Bu qəzetlərdə nə "müsavat"dan, nə də "azadlıq"dan əsər-əlamət qalıb".

Bütün xəbərlər Facebook səhifəmizdə