Abdulla Gül: “Azərbaycan qibtə ediləcək ölkəyə çevrilib”

Abdulla Gül: “Azərbaycan qibtə ediləcək ölkəyə çevrilib”

"Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə hər sahədə göz qamaşdırıcı uğurlara imza atılıb". SİA-nın məlumatına görə, bunu Türkiyə prezidenti Abdulla Gül Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü zamanı səsləndirib.

"Son 10 il ildə Azərbaycana hər səfərimdə qardaş ölkənin simasının mahir əllərdə necə dəyişib gözəlləşdiyi ilə yerində tanış oldum. Hərtərəfli inkişaf və əhalisinin artan rifah səviyyəsi ilə Azərbaycan qısa zaman kəsiyində qibtə ediləcək ölkəyə çevrilib"- deyə, Türkiyə prezidenti vurğulayıb.

A.Gül qeyd edib ki, 2012-ci ildə BMT Təhlükəsizlik Şurasına üzv seçilən və iki dəfə bu təsisata sədrlik edən Azərbaycan bununla diplomatik gücünü isbat edib.

Bütün xəbərlər Facebook səhifəmizdə