İlham Əliyevin Çankaya köşkündə rəsmi qarşılanma mərasimi olub

İlham Əliyevin Çankaya köşkündə rəsmi qarşılanma mərasimi olub

Türkiyə Prezidenti Abdulla Gülün dəvəti ilə bu ölkəyə səfər edən Azərbaycan Prezidenti İlham Əliyevin Çankaya köşkündə rəsmi qarşılanma mərasimi olub. SİA-nın məlumatına görə, Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyevanı Türkiyə Prezidenti Abdulla Gül və xanımı Hayrünnisə Gül qarşılayıblar.

Qarşılanma mərasimindən sonra Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Türkiyə Prezidenti Abdulla Gül və xanımı Hayrünnisə Güllə bir müddət görüşüblər.

Bütün xəbərlər Facebook səhifəmizdə