"İnsan haqlarından dövlətə təzyiq vasitəsi kimi istifadə olunmasının əleyhinəyik"
"Demokratiya, insan haqları, qanunun aliliyi məsələlərindən istənilən qurum tərəfindən hansısa ölkəyə qarşı alət kimi istifadə olunması düzgün deyil. Bu məsələlər dövlətə qarşı təzyiq alətinə çevrilməməlidir". SİA-nın məlumatına görə, bu fikirləri açıqlamasında Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında (AŞPA) nümayəndə heyətinin rəhbəri, millət vəkili Səməd Seyidov beynəlxalq təşkilatların Azərbaycana qarşı təzyiqindən danışarkən deyib.
Onun sözlərinə görə, Azərbaycan tərəfi bütün beynəlxalq təşkilatlara elan edib ki, istənilən məsələlərdə müzakirələrə hazırdır və heç bir müzakirədən imtina etmir: "Hətta heç bir tənqiddən də çəkinmirik. Amma biz xüsusilə insan haqlarından dövlətə təzyiq vasitəsi kimi istifadə olunmasının əleyhinəyik. Biz imkan verməyəcəyik ki, demokratiya və insan hüquqları məsələlərindən bizə qarşı istifadə olunsun".
O, həmçinin Azərbaycanın normal və konstruktiv tənqiddən nəticə çıxarmağa da hazır olduğunu bildirib.
İran-Azərbaycan sərhədlərinin bağlanılması məsələsinə də toxunan S.Seyidov bildirib: "Əminəm ki, iki dövlət arasında yaranmış bu məsələ öz həllini tapacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB