Qabil Hüseynli: “İran Naxçıvanı blokadaya almaq istəyir”

Qabil Hüseynli: “İran Naxçıvanı blokadaya almaq istəyir”

"İranın Azərbaycanla sərhədlərini bağlaması sırf İran siyasi elitasında düşünülüb həyata keçirilən bir şey deyil. Burada Rusiyanın da barmağını görmək olar. İran Naxçıvan bölgəsini blokadaya almaqla faktiki olaraq ermənilərin Naxçıvana olan iddiasını reallaşdırmaq üçün zəmin yaratmaq istəyir".

Bu fikirləri SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli bildirib. İranın Azərbaycanla sərhədlərini bağlamasını mənfur bir oyun adlandıran politoloq onu da qeyd edib ki, İran Naxçıvan üçün çətinliklər yaratmaq istəyir: "Bu da ermənilərin Naxçıvanla bağlı olan iddiaları ilə üst-üstə düşür. Bu gün bölgədə erməni-fars-rus alyansı formalaşır və bu alyansda Azərbaycana qarşı birgə fəaliyyət göstərirlər".

Bütün xəbərlər Facebook səhifəmizdə