Astan Şahverdiyev: “İran adını İslam dövləti qoyub, amma...” MÖVQE
"İran bizə qarşı həmişə şıltaqlıq edib. Adını İslam dövləti qoyub, amma min belə hoqqalardan çıxır". İranın Azərbaycanla sərhədlərini bağlamasına münasibət bildirən millət vəkili Astan Şahverdiyev bu fikirləri SİA-ya açıqlamasında bildirib.
Millət vəkili qeyd edib ki, bu İranın imperiya siyasətindən qaynaqlanan bir addımdır, Azərbaycana qarşı qısqanc münasibətin ifadəsidir: "İran dildə Azərbaycanı tanıyır. İranın sərhədləri bağlaması bir daha göstərdi ki, bizim müstəqillimizi İran həzm edə bilmir. İran dünyanın heç bir böyük dövləti ilə bu hərəkəti edə bilməz".
Millət vəkili A.Şahverdiyev Dağlıq Qarabağın tanıdılması üçün son günlərdə olan Ermənistan dövlətinin cəhdlərinə münasibət bildirərək əlavə edib ki, Ermənistanın bu siyasəti dəfələrlə iflasa uğrayıb: "Bu dəfə də belə olacaq. Sadəcə onlar müxtəlif dövlətləri dövrü olaraq bu məsələyə təhrik edirlər. Ancaq Dağlıq Qarabağın tanıdılması qeyri-mümkündür, ən azı bu məsələni bütün dünya gülüşlə qarşılayır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB