Milli Məclisdə büdcə müzakirələri başlayır

Milli Məclisdə büdcə müzakirələri başlayır

Bu gün Milli Məclisdə 2014-cü ilin dövlət büdcəsinin müzakirəsinə başlanılacaq. SİA-nın məlumatına görə, büdcə zərfinə daxil olan qanun layihələri müzakirələrinin noyabrın 12, 13, 14, 15-də davam edəcəyi gözlənilir.

İclasların gündəliyinə 6 məsələ daxildir. Bunlar "2014-cü il dövlət büdcəsi haqqında", "Dövlət Sosial Müdafiə Fondunun 2014-cü il büdcəsi haqqında", "2014-cü il üçün yaşayış minimumu haqqında", "2014-cü il üçün ehtiyac meyarının həddi haqqında", "Milli Məclisinin 2014-cü il üçün xərclər smetası haqqında" və "Hesablama Palatasının 2014-cü il üçün xərclər smetası haqqında" qanun layihələridir.

Bütün xəbərlər Facebook səhifəmizdə