ASDP sədri Araz Əlizadə: "Müsavat Partiyasında özünəpərəstiş meylləri mövcuddur"
"Müsavat Partiyasında özünəpərəstiş meylləri mövcyddyr". SİA-nın məlumatına görə, bunu ASDP sədri Araz Əlizadə Müsavat Partiyasında baş verən son olaylarla bağlı açıqlamasında bildirib. Onun fikrincə, başqan İsa Qəmbərin bu postdan getmək istəməməsinin səəbəblərindən biri də təşkilatın ondan sonrakı taleyidir: "İsa Qəmbər partiyanı öz taleyinə buraxmaq istəmir. Mən həmişə demişəm ki, radikal müxalifət təmsilçiləri ideoloji deyil, məhz şəxsi məqsədlər ətrafında birləşiblər. Bu amil isə həmin partiyalarda avtoritarizmin mövcudluğunu təsdiq edir. İsa Qəmbərin başqanlıq müddəti artıq iki ildir ki, başa çatıb. Lakin o hələ də başqan olaraq qalmaqdadır. Məhz belələri də sonradan iddia edirlər ki, Azərbaycanda demokratiya yoxdur."
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB