SİA-nın məlumatına görə, Müsavat Partiyası Milli Şurada təklənməyə məruz qalıb. Qurumda yaşanan həmsədrlik problemi AXCP və "El" hərəkatı cütlüyünün Müsavata qarşı etiraz etməsi ilə nəticələnib. Müsavat tərəfi həmsədrlik məsələsində ziyalıların deyil, partiya sədrlərinin önə çəkilməsini tələb etsə də adıçəkilən digər təşkilatlar bu tələbə qarşı çıxmaqda davam edirlər. "El" rəsmisi Eldəniz Quliyevin ardınca, AXCP sədrinin müavini Nurəddin Məmmədli də müxalifət saytlarına verdiyi açıqlamasında Müsavat Partiyasının addımını dəstəkləmədiyini bəyan edib.
Bu arada adının açıqlanmasını istəməyən müsavatçı mənbədən əldə etdiyimiz informasiyaya görə, artıq Müsavat Partiyasında Milli Şurada qalmamaq ətrafında müzakirələr aparılmaqdadır. Yaxın günlərdə bu haqda qərarın veriləcəyini də istisna etməyən mənbə qeyd edib ki, təşkilat hazırda qurultayın keçirilməsinə hazırlaşır və bir çox qərarların verilməsi də həmin qurultayda ictimailəşdiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB