Müsahiblərimiz Bayraq Günü ilə bağlı fikirlərini SİA ilə bölüşüblər.
YAP Pirallahı rayon təşkilatının sədri Manaf Manafov:
- Ulu Öndər Heydər Əliyevin gördüyü böyük işlər milli dirçəliş prosesinin bütün Azərbaycan siyasi mühitində aparıcı qüvvəyə çevrilməsinə, milli dövlətçiliyin bərpası istiqamətində qəti addımların atılması ilə müşaiyət olundu. Həmçinin, Azərbaycan Prezidenti İlham Əliyevin respublikamızın dövlət atributlarına, o cümlədən üçrəngli bayrağımıza göstərdiyi böyük ehtiram, bu məqsədlə həyata keçirilən tədbirlər ölkəmizdə milli həmrəyliyin möhkəmlənməsinə, azərbaycançılıq məfkurəsinə və dövlət rəmzlərinin təbliğinə xidmət edən böyük işlərdəndir. Azərbaycan xalqı bu günü böyük sevinclə qeyd edir. Mən də hər bir azərbaycanlı kimi fəxrlə, qürurla bu bayram qeyd edirəm. Bütün xalqımızı ürəkdən təbrik edirəm.

Anar Şahmuradov, YAP Gənclər Birliyi Ağdaş rayon təşkilatının sədri:
- Əlbətdə qürurumuz olan bayrağımızı çox sevirik və bu bayram gününü sevinclə qeyd edirik. Bayrağımız həm də bizim müstəqilliyimizin, azadlığımızın simvollarındadır. Qeyd etdiyimiz kimi, Azərbaycan Respublikasının Dövlət bayrağı ilk dəfə rəsmən 1918-ci il noyabrın 9-da qəbul edilmişdir. Azərbaycan Respublikasının dövlət rəmzlərinə hörmət və ehtiramı təmin etmək məqsədilə Prezident İlham Əliyev 2009-cu il noyabrın 17-də "Azərbaycan Respublikasının Dövlət bayrağı gününün təsis edilməsi haqqında" sərəncam imzalamışdır. Bizlər də bu günü yüksək səviyyədə qeyd edirik.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB