DİN-də beynəlxalq təşkilatların nümayəndələri ilə görüş keçirilib

DİN-də beynəlxalq təşkilatların nümayəndələri ilə görüş keçirilib

DİN İnsan Alverinə Qarşı Mübarizə İdarəsində 2014-2018-ci illəri əhatə edəcək İnsan Alverinə Qarşı Mübarizə sahəsində tədbirləri nəzərdə tutan Milli Fəaliyyət Planının lahiyəsinin bu sahədə əlaqəli fəaliyyət göstərən beynəlxalq təşkilatların nümayəndələri ilə müzakirəsi keçirilib. SİA-ya verilən məlumata görə, DİN İAQMİ-nin təşəbbüsü ilə keçirilən müzakirədə ABŞ Ədliyyə Departamentinin nümayəndəsi Robert Steer, ABŞ səfirliyinin nümayəndəsi Fanta Orr, ATƏT-in Bakı ofisinin nümayəndəsi Təranə Bağırova, Beynəlxaq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbər vəzi Sehan Aktoprak, Miqrasiya Siyasətinin İnkişafı Üzrə Beynəlxalq Mərkəzinin Azərbaycan nümayəndəliyindən Elnur Nəsibov iştirak ediblər.

Müzakirəni giriş sözü ilə açan DİN İAQMİ-nin rəisi Cavad Şıxəliyev idarə tərəfindən beynəlxalq təşkilatların bu sahədə tövsiyələrinin nəzərə alınaraq yeni Milli Fəaliyət Planının layihəsinin hazırlandığını, ictimai müzakirəyə təqdim olunduğunu bildirib, layihənin surətlərini qonaqlara təqdim etməklə təkliflərin verilməsini xahiş edib.

İştirakçılar insan alverinə qarşı mübarizə sahəsində gördüyü işlərə görə DİN İAQMİ-nin rəisinə minnətdarlıqlarını bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə