Türkiyə XİN-i Ermənistanla sərhədlərin açılacağı xəbərlərini təkzib edir
Türkiyə Xarici İşlər Nazirliyi bəzi KİV-də Ermənistanla sərhədlərin açılması istiqamətində guya Azərbaycan tərəfini razı salmaq üçün addımlar atıldığı haqqında gedən xəbərləri təkzib edir. Türkiyənin Azərbaycandakı səfirliyindən SİA-ya verilən məlumatda qeyd olunur ki, XİN-in mətbuat katibi bu xəbərlərin heç bir əsası olmadığını bildirir.
Məlumata əsasən, Türkiyə-Ermənistan danışıqları Azərbaycan-Ermənistan danışıqlarına paralel olaraq aparılır və rəsmi Ankara bunu dəfələrlə bəyan edib.
Məlumatda həmçinin o da qeyd olunub ki, Türkiyə ATƏT-in Minsk qrupunun fəaliyyətini yaxından izləyir. Problemin tez bir zamanda həlli üçün hər bir addımı atmağa hazırdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB