Mais Səfərli:” İsa Qəmbərin yaxınları, qohumları partiyadan istefa edəcəklər”

Mais Səfərli:” İsa Qəmbərin yaxınları, qohumları partiyadan istefa edəcəklər”

"Müsavat partiyasının gündəmində başqanlıq məsələsi olsa da, olmasa da, o partiyadan istefalar gözləniləndir. Bu da sözügedən partiyanın son 20 ildə bütün seçkilərdə uğursuzluğu ilə əlaqədardır". Bunu SİA-ya açıqlamasında Yurddaş partiyasının sədri Mais Səfərli bildirib.

Onun sözlərinə görə, artıq bu kimi partiyaların funksionerləri özləri partiyalarının fəaliyyətlərinə, prestijinə, gələcəyinə inanmırlar: "Bu baxımdan proseslər parçalanma zəminində gedəcək. İsa Qəmbərin yerinə gələcək başqan partiyada yenidən islahatlar keçirsə, kadr dəyişiklikləri baş versə aydın məsələdir ki, İ.Qəmbərin yaxınları, qohumları partiyadan istefa edəcəklər".

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə