Niyaməddin Orduxanlı: "Əgər bu qüvvələr hakimiyyətdə olsaydılar ölkədə xaosun həddi olmazdı”
"Rəsul Quliyevin müsavatçılarla gedən mübarizəsi uzun illərdi davam edir. Artıq bu mübarizə təhqir müstəvisinə keçib". Bu fikirləri SİA-ya açıqlamasında BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı söyləyib.
Onun sözlərinə görə, qarşılıqlı ittiham Arif Hacılı və onun qardaşları ilə Rəsul Quliyev arasında gedir: "Bu şəxslər hər biri "Milli Şura"da təmsil olunub və birgə hakimiyyətə gəlib Azərbacan dövlətini idarə etmək fikirində idilər. Belə bir siyasi qüvvənin formalaşdığı hökümət hansı uğur əldə edə bilərdi?! Bu hakimiyyət nə qədər çəkə bilərdi?! Əgər bu qüvvələr hakimiyyətdə olsaydılar ölkədə xaos və özbaşınalığın hədi olmazdı".
BAXCP sədrinin müavini bildirib ki, bu adamlar indi başa düşməlidilər ki, niyə prezident seckilərində uğur qazana bilmədilər: "Bu qurumda Rəsul Quliyevlə müsavatçılar arasında gedən münaqişələrlə bərabər, Əli Kərimlinin dəstə üzvüləri ilə müsavatçılar arasında da münasibətlər təhqir səviyyəsindədir. Əvəz Temirxan İsa Qəmbəri agent adlandırır. Bu münasibətlərin göstəricisindən biri də bir neçə şəxsin "Milli Şura"dan istefa verməsidir. Əli Kərimlinin müavini və digərləri bu qurumu tərk edib. Məncə tezliklə bu qurum təmamilə dağılacaq və yenə də bir-birlərinə qarşı təhqir dolu fikirlərini çatdıracaqlar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB