Tənzilə Rüstəmxanlı: “Türkiyəni heç kəs heç nəyə məcbur edə bilməz”
"Hazırda həyata keçirdiyi işğalçılıq siyasəti üzündən regionda təcrid vəziyyətinə düşən Ermənistanın əsas məqsədlərindən biri Türkiyə ilə sərhədlərin açılmasına nail olmaqdır. Məlum "Sürix protokolları"nın imzalanmasından sonra İrəvanda bununla bağlı ümidlər artsa da, proseslərin gedişi Ermənistanın istədiyi nəticələri vermədi". Bu fikirləri SİA-ya açıqlamasında Azəri Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı deyib.
Türkiyənin Xarici İşlər Naziri Əhməd Davudoğlunun Türkiyə-Ermənistan arasındakı sərhədlərin erməni işğalçılığı başa çatmayana qədər açılmayacağı ilə bağlı bəyanatına münasibət bildirən T.Rüstəmxanlı onu da qeyd edib ki, Ermənistan işğalçılq siyasətindən əl çəkməyənə qədər Türkiyə sərhədlərini açmayacaq: "Əgər irəliləyiş olsa, həm sərhəd qapısı açılar, həm də dəmir yolu əlaqəsi bərpa olunar və münasibətlər inkişaf edər. Türkiyə Orta Doğuda ən güclü dövlətdir. Türkiyəni heç kim Ermənistanla sərhədlərini açmağa məcbur edə bilməz. Əhməd Davudoğlunun da bu məsələdə qardaş ölkə olaraq Azərbaycanın yanında olması, belə bir bəyanat səsləndirməsi təbii haldır".
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB