Moldova ombudsmanı: “Ermənistan Azərbaycan xalqının hüquqlarını kobudcasına pozub” AÇIQLAMA
"Mən Dağlıq Qarabağla bağlı mövqeyimi məruzəmdə bildirmişəm. Ermənistanda məlum çıxışım zamanı erməni terroru ilə bağlı geniş məlumat toplamışdım". SİA-nın məlumatına görə, bu sözləri moldovalı ombudsman Aureliya Qriqoriu jurnalistlərə verdiyi açıqlamada deyib.
Onun sözlərinə görə, insan hüquqlarının müdafiəçisi olduğuna görə, Ermənistanın insanların haqqını tapdamasına göz yuma bilməzdi: "Çıxışım zamanı zalda olan bir çox nümayəndə heyəti çaşqınlıq içində idilər. Çünki onlar Dağlıq Qarabağ münaqişəsi barədə kifayət qədər məlumatlı deyildilər. Mənim çıxışımda məqsəd bu münaqişəyə bir daha diqqəti yönəltmək idi və hesab edirəm ki, məqsədimə nail oldum. Mən erməni terroru ilə bağlı münasibətimi bildirməyə bilməzdim. Ermənistan Azərbaycan xalqının hüquqlarını kobudcasına pozub ".
Şahin Abasov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB