Azərbaycanın Rusiyadakı səfirliyi Rövşən Kazımovun hüquqlarının müdafiəsi üçün vəkil tutub

Azərbaycanın Rusiyadakı səfirliyi Rövşən Kazımovun hüquqlarının müdafiəsi üçün vəkil tutub

Azərbaycanın Rusiyadakı səfirliyi 14 yaşlı azərbaycanlı oğlan, əlil Rövşən Kazımovun noyabrın 1-də Zelenoqradda vəhşicəsinə döyülməsi barəsində işin araşdırılmasının gedişini nəzarətdə saxlayır.

Səfirliyin mətbuat xidmətindən SİA-ya bildiriblər ki, hazırda iş üzrə şübhəli bilinən, Zelenoqradda doğulmuş Mixail Valeryeviç Lısakov Rusiya Federasiyası Cinayət Məcəlləsinin 116-cı maddəsinin 2-ci hissəsi ilə saxlanıb.

Səfirlik istintaqın və məhkəmə instansiyalarında işə baxılmasının gedişində Rövşən Kazımovun hüquqlarının müdafiəsi üçün vəkil tutub. Əlil yeniyetmənin döyülməsi işi bundan sonra da Azərbaycan səfirliyinin nəzarətində olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə