Vüqar Rəhimzadə: “Azərbaycanda xalq-iqtidar birliyi möhkəm və sarsılmaz əsaslara söykənir” AÇIQLAMA

Vüqar Rəhimzadə: “Azərbaycanda xalq-iqtidar birliyi möhkəm və sarsılmaz əsaslara söykənir” AÇIQLAMA

"Prezident İlham Əliyevin regionlara səfərləri zamanı insanların ölkə başçısına bitib-tükənməyən məhəbbət və ehtiramını təkcə Azərbaycan deyil, bütün dünya maraqla izləyir. Bu gün Azərbaycanda mövcud olan xalq-iqtidar birliyi səmimi, möhkəm və sarsılmaz təmələ söykənir. Həmin səfərlər zamanı yüzlərlə sənaye obyekti, emal müəssisəsi, mədəniyyət, sosial, təhsil, səhiyyə ocağı istifadəyə verilir. İnsanların rifahının təminatı üçün nəzərdə tutulan infrastruktur layihələri reallaşdırılır". Bu sözləri SİA-ya Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Prezident İlham Əliyevin Azərbaycanın regionlarına səfərlərinə, imzaladığı fərman və sərəncamlara münasibət bildirərkən deyib.

Vüqar Rəhimzadə bildirib ki, bütün bunlar bir daha göstərir ki, daim iqtisadi kapitalın insan kapitalına çevrilməsi istiqamətində məqsədyönlü siyasət yürüdən Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycanın dövlət siyasətinin əsasında insan, vətəndaş amili dayanır: "Azərbaycanda son 10 ildə həyat keçirilən regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının uğurla yerinə yetirilməsi yeni hədəfləri müəyyənləşdirməklə daha mühüm vəzifələrin həlli istiqamətlərini də bəlli edir. 9 oktyabrda keçirilən prezident seçkilərində möhtərəm cənab İlham Əliyevin böyük səs çoxluğu ilə yenidən prezident seçilməsi ölkə əhalisinin dövlət başçısına olan inamının bir daha təzahürü və təsdiqidir. Seçkilərdə qazandığı qələbə tək respublikamızda yaşayanların deyil, bütünlükdə 50 milyonluq azərbaycanlının Prezident İlham Əliyevin fəaliyyətinə, siyasətinə, ən başlıcası isə beynəlxalq miqyasda möhkəmlənən nüfuzuna verdiyi dəyər, göstərdiyi ehtiramdır".

Bütün xəbərlər Facebook səhifəmizdə