Elçin Mirzəbəyli:“ Gürcüstandan əlaqələrin daha da genişləndirilməsini gözləyirik” MÜNASİBƏT

“Radikal siyasət düşərgəsi parlament seçkilərinə qədər Azərbaycanın siyasi səhnəsini tərk edəcək”
Elçin Mirzəbəyli:“ Gürcüstandan əlaqələrin daha da genişləndirilməsini gözləyirik” MÜNASİBƏT

"Gücüstanla Azərbaycan arasında münasibət necə idisə, bu gündən sonra da həmin münasibət davam edəcək". Bu sözləri SİA-ya politoloq Elçin Mirzəbəyli Gürcüstandakı yeni hakimiyyət dəyişikliyindən sonra Azərbaycan Gürcüstan əlaqələrinin inkişafı ilə bağlı danışarkən deyib.

Onun sözlərinə görə, Gürcüstanda prezident seçkiləri zamanı böyük hakimiyyət dəyişikliyi baş verməyib, ona görə ki, eyni hakim komandanın nümayəndəsi hakimiyyətə gəlib: " Bu baxımdan da Azərbaycanla Gürcüstan arasında olan əlaqələrdə yalnız müsbət dəyişikliklər ola bilər. Çünki, ölkələr arasında əlaqələr hər iki ölkə üçün strateji əhəmiyyət daşıyır. Gürcüstan Azərbaycanın bölgədəki nüfuzunu yaxşı başa düşür . Bu baxımdan da yeni hakimiyyətdən əlaqələrin daha da genişləndirilməsini gözləyirik. Bu, onların bəyanatlarında da özünü biruzə verir".

Daha sonra Müsavat Partiyasının başqanı İsa Qəmbərin istefası ilə bağlı yayılan xəbərlərə münasibət bildirən E. Mirzəbəyli bildirib ki, əslində "Milli Şura" seçkilərdən xeyli əvvəl artıq parçalanmışdı.

Onun sözlərinə görə, "Milli Şura" seçkilərdə biyabırçı şəkildə fiyaskoya uğradıqdan sonra hər hansı bir perspektivdən danışmaq olmazdı: "Ona görə də bu parçalanma "Milli Şura"nın tərkibi ilə yanaşı, həmçinin bura daxil olan siyasi partiyaların daxilində də baş verəcək. Onların bir qismi artıq özünü biruzə verir. Azərbaycan Xalq Cəbhəsi (AXCP) və Müsavat Partiyalarında artıq etirazlar başlayır, istefalar edilir. Müsavat Partiyasının nizamnaməsinə əsasən İsa Qəmbər öz namizədliyini irəli sürməsə, o zaman partiyada liderlik kürsüsü uğrunda mübarizə getdikcə güclənəcək. Müsavat daxilində bir neçə qrup var ki, onların biri digərini qəbul etmir. Bu baxımdan Müsavat Partiyasının tərkibində parçalanmalar qaçılmazdır və bu parçalanmalar radikal müxalifət düşərgəsini əhatə edəcək. Qısa bir zamanda radikal siyasət düşərgəsi Azərbaycanın siyasi səhnəsini tərk edəcək. Bu proses ölkəmizdə keçiriləcək parlament seçkilərinə qədər mütləq baş verəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə