Eldəniz Quliyev: "Arif Hacılı yaddaşını təzələsin"

Eldəniz Quliyev: "Arif Hacılı yaddaşını təzələsin"

"Eldar Namazov olmasaydı, "Milli Şura" yaranmayacaq və yaranmayan qurumun da prezidentliyə vahid namizədi olmayacaqdı. Arif Hacılı yaddaşını təzələsin!" Bu fikirləri SİA-ya açıqlamasında "Milli Şura"nın üzvü Eldəniz Quliyev bildirib.

Onun sözlərinə görə, Lalə Şövkət və Əvəz Temirxan "Milli Şura"dan inciyibsə, yaxud incidilibsə, "Milli Şura"dan getmələri daha çox qurumun pozitiv inkişafına təkan verəcək: "Söhbət tək Lalə Şövkət və Əvəz Temirxandan getmir. Bir neçə nəfər, o cümlədən Rəsul Quliyev də "Milli Şura"dan istefa verib. Həyat gəlimli, gedimlidir".

Əldə etdiyimiz informasiyaya görə, yaxın vaxtlarda məhz bu məsələ ilə bağlı Rüstəm İbrahimbəyov mətbutata açıqlama verəcək. Ancaq onun E.Namazovun xeyrinə danışacağı şübhə doğurmur. Çünki E.Quliyev, C.Həsənli, E.Namazov, R.İbrahimbəyov Milli Şura"ya bir komanda şəklində "mehriban düşmən prinsipi ilə" daxil olublar.

Xatırladaq ki, bir neçə gündür Müsavat və AXCP funksionerləri Eldar Namazovu müxtəlif məsələlərlə bağlı günahlandırmaqda davam edirlər. Bəzi funksionerlər E.Namazovu separatçılıqda, bəziləri isə özbaşına iş görməkdə təqsirkar bilir. Arif Hacılı "Milli Şura"da həmsədrlik institutunun yaradılması barədə təklifin Müsavat və AXCP ilə müzakirə edilmədən ictimai müzakirəyə çıxarılmasının düzgün olmadığını söyləyib. Sabir Məmmədli isə E.Namazovu seçki dönəmində "Milli Şura"nın prezidentliyə namizədinin müəyyənləşməsi prosesinə mane olmaqda, prosesi ləngitməkdə günahlandırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə