İrəvanda səfərdə olan ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla görüşüblər. SİA-nın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, görüşdən sonra açıqlam verən ATƏT-in rusiyalı təmsilçisi İqor Popov bildirib ki, ATƏT-in Minsk qrupu prosesin davam etməsi üçün Dağlıq Qarabağ münaqişəsi tərəflərindən mövqe dəqiqliyi gözləyir. O bildirib ki, qrafik cızmaq və mövqelərə dəqiqlik gətirmək üçün görüşlərin yüksək səviyyədə keçirilməsinin vaxtı çatıb.
Qeyd edək ki, bu gün Ermənistan prezidenti Serj Sarkisyanla görüş planlaşdırılır. Ümumilikdə səfərə noyabrın 6-da qiymət veriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB