İltimas Məmmədov: "Azərbaycanda hər bir sahə sürətlə inkişaf edir" MÜSAHİBƏ
Prezidentin sərəncamı ilə 2013-cü ili İKT ili elan edilib. Bu sahədə görülən işlər hər il olduğu kimi, bu ildə sürətlə və yüksək səviyyədə davam etdirilir. Bu sahədə aparılan işlərin son durumu ilə bağlı müsahibimiz rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov suallarımızı cavablandırdı:
- Azərbaycan Prezidenti İlham Əliyev 2013-cü ili İKT ili elan etdi. Bu il hansı yeni layihələrlə müşahidə olunur?
- İKT ili elan olunduqdan sonra, xüsusi bir tapşırıq verildi ki, İKT ilinin tədbirlər planı hazırlansın. Bu planın Elmlər Akademiyası ilə birlikdə hazırlanması tapşırıldı. Yəni bu İKT ilində elmi tutumlu, elmi əsaslı layihələrin hazırlanması göstərişi verildi. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi də digər aidiyyəti qurumlarla birgə tədbirlər planı hazırladı. Bu bütün sahələri əhatə edən tədbirlər planı oldu. İlk öncə bildirim ki, ilin əvvəlində Azərbaycanın ilk telekomunikasiya peykinin orbitə buraxılması İKT ilinə böyük bir tövhə verdi. İl ərzində bir çox bölgələrdə ki, yeni yaşayış məntəqələrində insanların telefona olan təlabatı nəzərə alınaraq bu məsələ öz həllini tapdı. Geniş zolaqlı internetin ölçüyə gətirilən tutumu artırıldı. Qiymətlərin endirilməsi üçün addımlar atıldı. Poçt sahəsində yeni poçt şöbələri, binaları açıldı və istifadəyə verildi. Radio, televiziya sahsində rəqəmsal televiziya genişləndirildi. Bütün bu işlərlə bağlı çox böyük işlər görüldü və hazırda da görülməkdədir. Onu da qeyd edim ki, noyabr ayının sonuna qədər bütün ölkə ərazisini rəqəmsal yayımla əhatə edəcəyik. Bu imkan verəcək ki, analoq televiziyanı təmamilə dayandıraq. Həmçinin, bu il ərzində bizim nazirliyə yeni səlahiyyətlər, yeni sahələr, yeni istiqamətlər verildi. İnformasi Texnologiyaları İnstitunun yaranması, İnformasiya Telekomunikasiya Texnologiyalarına dəstək fondunun yaradılması, Elektron Təhlükəsizlik Mərkəzinin yaradılması buraya daxildir.
- İltimas müəllim, 2013-cü ilin fevralında Azərbaycanın ilk telekomunikasiya peyki orbitə çıxarıldı. Bunun istismarının ölkəmizə gətirdiyi dividentlər nələrdən ibarətdir?
- Qeyd etdiyiniz kimi peykimiz bu ilin əvvəlində orbitə buraxılıb. Çox qısa bir müddət ərzində olsa da peykin tutumlarının bir hissəsi artıq icarəyə verilib ki, bunlardan da artıq dividentlər daxil olmaqdadır. Dünyanın müxtəlif yerlərin, hətda uzaq Afrikadan belə istifadəçilərimiz var. Avropadan, Asiyadan da istifadəçilər var. Daha çox istifadəçi isə Afrikandandır. Azərbaycan bu işlər dünyaya öz tövhəsini verib. Hazırda digər şirkətlərlə də bu istiqamətdə danışıqlar aparılır. Artıq deyə bilərik ki, qısa müddət ərzində peykin yarısı yüklənib, istifadə olunmaqdadır.
- İnformasiya Texnologiyaları Universitetinin yaradılması ilə bağlı işlər nə yerdədir?
- İlk dəfə qəbul olunan tələbələrin sayı bir daha göstərdi ki, bu sahəyə böyük maraq var. Düşünürük ki, universitetin yaranması ilə bu sahədə olan kadr qıtlığı aradan qalxmış olacaq. Xüsusi kadrların hazırlanması məsələsi çox doğru düşünülmüş bir adımdır. Universitetə yalnız yüksək bal toplamış tələbələr daxil ola bilərlər. Burada onlar yüksək səviyyədə təhsil alırlar. Aldıqları bu təhsil onlara imkan yaradacaq ki, istər ölkəmizdə, istərsə də dünyanın hər bir yerində öz işlərini peşəkar şəkildə həyata keçirə biləcəklər. Yəni rəqabətə davamlı mütəxxəsislər olacaqlar. Bu səviyyədə mütəxxəsislərin olunması üçün təbii ki, bizim nazirlik tərəfindən onların təhsil proqramları da xüsusi nəzarətdədir. Bir daha qeyd edim ki, onlar bu sahədə əsl peşəkar mütəxxəsislər olacaqlar.
- Əhalinin müasir telekomunikasiya xidmətlərindən yararlanması üçün layihələr icra olunur. Bu layihələrin icrası ilə bağlı vəziyyət nə yerdədir?
- Təbii ki, istənilən həyata keçirilən layihələrdə məqsəd vətəndaşların telekomunikasiya xidmətlərindən rahat şəkildə istifadəsinə hesablanıb. Məlumdur ki, əgər illər öncə hansısa yeniliyin dünyanın hansısa nöqtəsinə çatması uzun zaman tələb olunurdusa, bu gün artıq yeni kəşf olunan texnika ilə çox qısa zamanda lazım olan yerə çatır. Azərbaycan da bu mövzuda, bu yöndə hər zaman həssas olub. Bir məsələni nəzərinizə çatdırım ki, 1876 il də telefon ilk dəfə kəşf olunandan 5 il sonra bu Azərbaycanda istifadə olunub. Bu gün artq bu sahədə ölkəmizdə yüksək sürətlə inkişaf gedir. Biz müasit texnologiyadan rahat şəkildə istifadə edirik. Bu isə təbii ki, dövlətin vətəndaşa olan diqqət və qayğısının daha bir nümunəsidir. Yeni layihələr üzərində də işlər aparılır. Bu lahiyələr də bu sahəni daha da sürətləndirəcək. Burada məqsəd vətəndaşların rahat şəkildə telekomunikasiya sahəsində lazım olanlardan istifadəsi üçündür.
Cahid Süleymanov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB